Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər

ÖLKƏ
11:58 / 22.04.2024
134

Ermənistan polisi “Döyüş qardaşlığı” adlı silahlı qruplaşmanın beş üzvünü saxlayıb.

 
HİT.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə təşkilatın “Facebook” səhifəsində bildirilib.
 
Silahlı qruplaşmanın Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan və Aramais Ağabekyan adlı üzvləri Noyemberyan rayonunun polis şöbəsinə aparılıb.

Qeyd edək ki, həmin şəxslər Qazax rayonun Ermənistanın işğalı altında olan və ötən həftə əldə edilmiş razılığa əsasən Azərbaycana təhvil veriləcək dörd kəndində saxlanılıblar.

0