Rayonlarda mədəniyyət evlərinin fəaliyyəti qənaətbəxşdirmi?

ÖLKƏ
16:26 / 03.10.2024
45

“Çox zaman müxtəlif qəzet və saytlarda belə fikirlərə rast gəlirəm. Rayon yerlərində mədəniyyət evləri, klublar işləmir. Bu fikri hamıya şamil eləmək olmaz. Mənim çalışdığım Şəki rayon Mədəniyyət evi yüksək səviyyədə fəaliyyət göstərir. Hər ay bir neçə müxtəlif səpkili tədbirlər həyata keçiririk və bunu işıqlandırırıq”.

Bu fikirləri Hit.az-a Elvin Nüsrətoğlu səsləndirib.

O qeyd edib ki, tezliklə Şəkidə “5 ulduz” adlı konsert təşkil edəcək. Bu konsertə Azərbaycanın ən tanınmış 5 ulduzu  dəvət ediləcək:

“Bu rayon insanlarına böyük töhvə olar. Tez- tez tanınmış ifaçıların qastrollarını təşkil edirik. Tədbirimizin sislsilə xarakterli olmasına çalışacam.” deyə o qeyd edib.

Ümid edirik,  Elvin Nüsrətoğlunun fəaliyyəti adı olub, özü olamayan bir sıra rayon mədəniyyət evlərinin rəhbərliklərinə yaxşı nümunə olar.

Murad

0