Uşaqlar arasında aqresiya, zorakılıq artırsa, bunun əsas günahkarı valideynlərdir

ÖLKƏ
22:37 / 04.10.2024
309

Bir neçə gün öncə Xaçmaz şəhərində 10-cu sinif şagirdinin həmyaşıdına xəsarət yetirməsi barədə məlumat yayılıb.
 
Xaçmaz şəhər 9 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi sinif yoldaşına evlərinin yaxınlığında aralarında yaranmış mübahisə zamanı xəsarət yetirib.

4 oktyabrda  isə Bakı məktəblərinin birində bıçaqlanma hadisəsi ilə bağlı xəbər yayılıb. Bu hallar məktəblərdə şagidlər arasında xoşagəlməz hadisələrin səbəblərinin araşdırılması, aradan qaldırlması üçün ciddi siqnaldır.

Şagirdlərin məktəbə kəsici-deşici alətlərlə daxil olmasını önləmək üçün hansı tədbirlər görülür?

Psixoloq Könül İsmayılova Hit.az-a şərhində deyib ki, şagirdlərin psixoloji durumu ilə bağlı ciddi problemlər var:

“Əgər valideynlər ailədə uşaqlarıyla dost olsalar, onlara xüsusi diqqət ayırsalar, onların təlim tərbiyəsinə zaman ayırsalar, onlarla söhbət etməyə zaman ayırsalar, uşaqların, yeniyetmələrin içindəki enerji boşalacaq və onlar öz enerjilərini boşaltmaq üçün məktəbə soyuq silah gətirməyə ehtiyac duymayacaqlar. Təlim tərbiyə deyəndə uşağı vurmaq, döymək nəzərdə tutulmur. Təlim tərbiyə, yəni valideynin uşaqla dost olması, ona zaman ayırması, onun suallarını cavablandırılması, onu danışdırması, onunla xeyli müzakirə aparmasıdır. Bu uşağın içindəki o enerjisini azaldan əsas amildir. Bu gün uşaqlar arasında aqresiya, zorakılıq artırsa bunun əsas günahkarı valideynlərdir”.

Sevinc

0