Muxtar Babayev direktoru vəzifəsindən azad etdi

10:32 / 24.01.2025
428

Qarabağ Regional Hidrometeorologiya Mərkəzinin direktoru Vilayət Həsənov vəzifəsindən azad edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əmr imzalayıb.

Hələlik Vilayət Həsənovun yerinə təyinat yoxdur. Qeyd edək ki, o, 2023-cü ildə bu vəzifəyə təyinat almışdı.

0