Fərid Əhmədov onu rəis təyin etdi

ÖLKƏ
11:11 / 21.05.2026
218

Mingəçevir şəhər icra və probasiya şöbəsinə rəis təyinatı olub.

“Qafqazinfo” xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədovun müvafiq Əmri ilə bu vəzifənin icrası 3 ay müddətinə Asif Hüseynova həvalə edilib.

Məlumat üçün bildirək ki, A.Hüseynov 2016-cı ildə ədliyyə orqanlarında qulluğa qəbul olaraq Tovuz rayon icra və probasiya şöbəsində icra məmuru, 2022-ci ildən böyük icra məmuru vəzifəsində işləyib. 2025-ci ildə isə Şəmkir şəhər icra və probasiya şöbəsində böyük icra məmuru təyin edilib.
 

0