Şuşaya 100 milyon manatdan çox vəsait xərclənib

ÖLKƏ
13:38 / 21.05.2026
41

"Şuşaya 1 411 nəfər köçürülüb. Bu il Şuşanın təxminən bir-iki kəndinə köç olacaq. Növbəti köç mərhələsi gələn ilin ikinci-üçüncü rübündə olacaq".

Bu fikirləri WUF13 çərçivəsində Oxu.Az-a açıqlamasında Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

O bildirib ki, vətəndaşlar Şuşa şəhərində inşa olunan 43 çoxmərtəbəli binaya köçürüləcəklər:

"Gələn il təxminən 9 ailə Şuşaya köçürüləcək. Kəndlərə isə ilkin mərhələdə 50 ailə köçürüləcək".

A.Kərimov qeyd edib ki, Şuşaya tək dövlət yox, özəl sektor da investisiya yatırıb:

"Şuşaya bu günə qədər ümumilikdə, təxminən 100 milyon manatdan çox vəsait xərclənib".

0