Bu ilin ilk 6 ayında Azərbaycana xarici ölkələrdən 1 milyon 555 min 900 litr səməni pivəsi və 785 min litr alkoqolsuz pivə idxal edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan səməni pivəsinin ümumi gömrük dəyəri 2 milyon 444,59 min dollar, alkoqolsuz pivənin gömrük dəyəri isə 740,22 min dollar olub.
Beləliklə, səməni pivəsinin 1 litrinin orta gömrük dəyəri 1,57 dollar (2,67 manat), alkoqolsuz pivənin 1 litrinin orta gömrük dəyəri isə 0,94 dollar (1,60 manat) təşkil edib.
Məlumata görə, səməni pivəsi ən aşağı qiymətə Belarusdan, ən baha qiymətə isə Yaponiyadan idxal edilib. Belarusdan gətirilən səməni pivəsinin 1 litrinin orta gömrük dəyəri 0,70 dollar (1,19 manat), Yaponiyadan gətirilən pivənin 1 litrinin orta gömrük dəyəri isə 4,34 dollar (7,38 manat) olub.
Alkoqolsuz pivə isə ən aşağı qiymətə İrandan, ən baha qiymətə Yaponiyadan gətirilib. İrandan idxal olunan alkoqolsuz pivənin 1 litrinin orta gömrük dəyəri 0,57 dollar (0,97 manat), Yaponiyadan gətirilən alkoqolsuz pivənin 1 litrinin orta gömrük dəyəri isə 3,5 dollar (5,95 manat) təşkil edib.
Qeyd edək ki, idxal olunan səməni pivəsi Azərbaycana bu ölkələrdən gətirilib:
Rusiya – 387 100 litr (1 litrinin orta gömrük dəyəri 1,73 manat);
Türkiyə – 242 800 litr (3,19 manat);
Meksika – 207 700 litr (4,06 manat);
Qazaxıstan – 186 000 litr (2,11 manat);
Almaniya – 221 100 litr (3,23 manat);
Belarus – 124 400 litr (1,19 manat);
Belçika – 41 000 litr (4,32 manat);
Polşa – 32 400 litr (3,15 manat);
Bolqarıstan – 24 100 litr (3,43 manat);
Çexiya – 21 200 litr (2,84 manat);
Gürcüstan – 17 200 litr (2,11 manat);
Fransa – 15 000 litr (1,72 manat);
Ukrayna – 14 900 litr (2,47 manat);
Çin – 13 900 litr (4,03 manat);
İtaliya – 3 300 litr (4,27 manat);
İrlandiya – 3 200 litr (5,49 manat);
Yaponiya – 700 litr (7,38 manat);
ABŞ – 670 litr (gömrük dəyəri 0,67 min dollar).
Alkoqolsuz pivə isə bu ölkələrdən idxal olunub:
İran – 490 600 litr (1 litrinin orta gömrük dəyəri 0,97 manat);
Türkiyə – 215 500 litr (2,77 manat);
Rusiya – 36 400 litr (1,60 manat);
Almaniya – 24 700 litr (3,50 manat);
Ukrayna – 9 700 litr (1,84 manat);
Belarus – 3 900 litr (1,75 manat);
Bolqarıstan – 3 900 litr (3,59 manat);
Yaponiya – 200 litr (5,95 manat).


