Acı bibər neçəyədir? – Bazar QİYMƏTLƏRİ

ÖLKƏ
15:26 / 31.08.2026
189

Mövsümlə əlaqədar olaraq ölkə bazarlarında qışlıq şoraba tədarükü sürətlənib. Alıcıların bu günlərdə ən çox maraq göstərdiyi məhsullar sırasında acı bibər xüsusi yer tutur. 

Hit.az-ın əməkdaşı bu dəfə bazarda acı bibər qiymətləri ilə maraqlanıb.

Hazırda bazarlarda keyfiyyətindən və növündən asılı olaraq acı bibərin bir kiloqramı əsasən 1,50 - 2 manat arasında satılır. Həmçinin, bazarı gəzdikdə fərqli qiymətlərə də rast gəlmək olur. Satıcılar bildirirlər ki, təklif olunan bu qiymət əhalinin alıcılıq qabiliyyətinə tamamilə uyğundur. Xüsusilə ev şəraitində şoraba və turşu hazırlayanlar məhsulu böyük həcmdə almağa üstünlük verirlər. Alıcılar da qiyməti münasib hesab edirlər.

Təsərrüfatçıların sözlərinə görə, bu il məhsuldarlığın yüksək olması qiymətlərin sabit qalmasına müsbət təsir göstərib. Məhsul yığımı davam etdiyi üçün bazarlarda yerli bibər çeşidlərinin bol olduğu müşahidə olunur. Mütəxəssislər yaxın həftələrdə acı bibərin qiymətində hər hansı kəskin artımın gözlənilmədiyini bildirirlər.

Pərviz

0