Bu gün müasir Azərbaycan mətbuatında xüsusi yeri olan "Cebhe.info" Xəbər Portalı 11 yaşını qeyd edir.
Medianın təməl prinsiplərinə daim əməl edən "Cebhe.info" saytı 2015-ci ilin 1 sentyabrından fəaliyyətə başlayıb. Azərbaycanın xəbər məkanında özünəməxsus yer tutan saytda ölkəmizin ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, Güney Azərbaycanda, Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan başqa, saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları, araşdırmalara xüsusi yer ayrılır.
"Cebhe.info" siyasi və sosial qruplara qarşı münasibətdə obyektivlik, tərəfsizlik və dəqiqlik prinsiplərindən çıxış etdiyinə görə sabit oxucular üçün gündəlik xəbər təminatçısıdır. Bu isə xəbər portalının həm də istinad mənbəyinə çevrilməsində xüsusi rol oynayır.
Həmkarlarımızı təbrik edirik!


