Fındıq neçəyədir? – Bazar QİYMƏTLƏRİ

ÖLKƏ
15:15 / 01.09.2026
125

Azərbaycanın yerli bazarlarında mövsümlə əlaqədar olaraq fındıq qiymətlərində nəzərəçarpacaq ucuzlaşma müşahidə olunur. 

Hit.az-ın əməkdaşı bazarda fındıq qiymətləri ilə maraqlanıb.

Müşahidələrimiz zamanı məlum oldu ki, bazarda piştaxtalarda qabıqlı fındığın bir kiloqramı alıcılara 2-3 manat arasında təklif edilir. Həcminə və keyfiyyətinə görə daha ucuz və ya bahalı məhsul da tapmaq mümkündür. Satıcılar qiymətlərin bu dərəcədə münasib olmasını bu il məhsuldarlığın bol olması və daxili təklifin artması ilə izah edirlər. 

Xaçmaz, Şəki və Zaqatala kimi əsas fındıqçılıq rayonlarından gətirilən məhsullar bazarda böyük canlanmaya səbəb olub. Xüsusilə qış tədarükü görən və çərəz almaq istəyən sakinlər mövcud qiymətlərdən kifayət qədər razıdırlar. İqtisadçılar bildirirlər ki, toplama mövsümündə qiymətlərin bu səviyyəyə enməsi əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir edir. 

Pərviz 

0