Elvinə dedim ki, o, atasına oxşamalıdır - İlham Əliyev

ÖLKƏ
00:02 / 16.07.2020
1599

“Polkovnik İlqar Mirzəyevin oğlu ilə bu gün söhbət zamanı atasının qəhrəmanlığı haqqında danışdım. Dedim ki, o, atasına oxşamalıdır”.

HİT.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün keçirilən iclasda deyib:

“Bizim bütün gənclərimiz bizim qəhrəmanlarımıza oxşamalıdırlar. Onların həyatı, onların torpaq, vətən uğrunda göstərdikləri şücayət, qəhrəmanlıq hər bir gənc üçün nümunə olmalıdır. Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib. Onların ailə üzvlərinə, yaxınlarına bir daha başsağlığı verirəm. Eyni zamanda son günlər ərzində həlak olmuş bütün insanların yaxınlarına, qohumlarına başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin! Allah yaralı hərbçilərimizə şəfa versin!”

0