Cəmiyyətin yeni bir karantinə dözümü qalmayıb - PSİXOLOQ

ÖLKƏ
11:05 / 17.07.2020
1885

“Karantin rejiminin yenidən uzadılması psixi pozuntuların artmasını daha da sürətləndirəcək”.  

Bunu HİT.Az-a açıqlamasında psixoloq Taryel Faziloğlu deyib. 

Onun sözlərinə görə, son günlər Tovuz istiqamətində gedən döyüşlər fonunda cəmiyyətin yeni bir karantin müddətinə dözümü yoxdur: “Məsələ ondadır ki, onsuz da karantin rejiminin ard-arda 2 dəfə uzadılması insanları ciddi şəkildə gərginləşdirdimişdi. Ardınca Tovuz döyüşləri insanların sinir sistemini daha da tarıma çəkdi. Karantinin bir neçə gündən sonra bitəcəyinə də bir inam var idi. İnsanlar ümid edirdilər ki, yenidən normal həyatlarına dönəcəklər. Yaşadığımız həyəcan sadəcə Tovuzdakı hərbi münaqişələrə görə olacaqdı”. 

Ekspert Operativ Qərargahın Azərbaycanda ard-arda karantin rejiminin uzadılması barədə müsbət rəy verməsini doğru hesab etmir: “ Qərargahın tamamilə anlaqsız və məntiqsiz bir şəkildə, heç bir əsas olmadan 2 həftə uzatmaq istəməsi mənfi effekt verəcək. İnsanlar artıq ciddi bir şəkildə aqressiyasını bir-birinin üstünə tökməyə başlayacaq. 

Həmçinin, qarşıdakı həftələrdə virusa yoluxma nəinki azalacaq, artacaq. Çünki stress və psixoloji gərginlik faktoru immuniteti aşağı salır və insanlar xəstəliyə qarşı müdafiəsiz vəziyyətdə qalır. Nəticə etibarilə biz bu karantindən məğlub çıxacağıq. Belə ki, karantin rejimi koronavirusla mübarizədə effekt vermir, əksinə, virusun arealının genişlənməsinə və xəstələrin sayının artmasına birbaşa xidmət edir.

Operativ Qərargahın üzvləri arasında sosial və psixoloji sahələr üzrə mütəxəssis yoxdur, cəmiyyətin psixo-sosial vəziyyətiylə bağlı onlara məlumat ya verilmir, ya da almaq istəmirlər. 

İndi isə insanların yeni bir karantin dövrünə dözümü yoxdur”.

 

0