Yas mərasiminə gələn qadın onlarla sakini yoluxdurdu - KƏND NƏZARƏTƏ ALINDI

22:23 / 28.07.2020
1533

Kürdəmirin Pirili kəndində koronavirusa yoluxanların sayı 45-ə çatıb.

Hazırda aidiyyəti qurumlar kənddə gücləndirilmiş iş rejimində çalışırlar.

Qeyd edək ki, Bakının Qaradağ rayonundan kəndə yas mərasiminə gələn Güleyşə Hüseyn qızı Əhmədova kənddə koronavirusun geniş yayılmasına səbəb olub. Hazırda 5 evdə infeksiya ocağı aşkarlanıb. Artıq qonşu evlərdə dezinfeksiya işləri aparılıb və yaxma analizləri götürülüb.

Kürdəmir Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, kəndin karantinə alınması nəzərdə tutulur.

 

Report.az

4