Türk qırıcıları yunan prezidentin qarşısını kəsib? - ŞOK İDDİA

22:01 / 21.09.2020
1221

Türkiyənin döyüş təyyarələri Yunanıstan Prezidenti Katerina Sakellaropulu Kiprə səfər edərkən mindiyi helikopterin qarşısını kəsib.

Bu iddia Yunanıstan mətbuatında dərc olunub.

“To Vima” qəzetinin xəbərinə görə, türk qırıcıları Yunanıstan Hərbi Hava Qüvvələri tərəfindən əngəllənib.

Qeyd edək ki, yunan prezident beynəlxalq müqavilələr çərçivəsində hərbi təyyarənin belə uça bilmədiyi adaya 4 ədəd F-16 qırıcısı müşayiətində orduya aid helikopterlə getmişdi.

Zümrüd

0
Publika.az