Ermənistan məğlub olduğu üçün Türkiyənin adını hallandırır - Ərdoğan

SİYASƏT
11:56 / 08.10.2020
1103

“Azərbaycan Ermənistanın quldurluqla işğal etdiyi torpaqları azad edir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Biz azəbaycanlı qardaşlarımızı bütün imkanlarımızla dəstəkləməkdə davam edəcəyik. Ermənistan aldığı zərbədən sarsıldığına, məğlubiyyət nəticəsində qapıldığı ümidsiziliyə görə münaqişədə Türkiyənin də adını hallandırır”, - Türkiyə Prezidenti bildirib.

0
Report.az