Ermənilərin itkilərini əks etdirən fotolar paylaşıldı, sonra isə...

DÜNYA
22:13 / 13.10.2020
2228

Ermənipərəst mövqeyi ilə tanınan rusiyalı jurnalist Aleksandr Kots təsadüfən Ermənistan ordusu sıralarındakı böyük itkilərin üstünü açıb.

HİT.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, jurnalist öz Teleqram kanalında onlarla qanlı xərək fotoları paylaşıb.

Şəkillərdən aydın olur ki, bu xərəklər döyüş əməliyyatları zonasında istifadə olunub.

Eyni xərəyin təkrarən tikilərək istifadəyə verilməsi onu göstərir ki, Yerevan cəbhədəki real itkilərini gizlətməyə çalışır.

Foto dərc olunduqdan sonra A.Kots onları dərhal silib.


1