Ermənilər Azərbaycanın Xarkovdakı fəxri konsulluğuna hücum etdi - FOTO

DÜNYA
11:46 / 07.11.2020
1032

Döyüş meydanında Azərbaycan Ordusuna məğlub olan Ermənistan düşdüyü acınacaqlı vəziyyətdən çıxış yolu olaraq terror aktları törətməyə başlayıb.

HİT.Az xəbər verir ki, ermənilər artıq bir neçə xarici ölkədə Azərbaycana qarşı terror və təxribat törədiblər. Bunlardan biri də Ukraynada baş verib. Bu gecə ermənilər Azərbaycanın Xarkovdakı fəxri konsulluğuna hücum ediblər.

Erməni terrorçular tərəfindən konsulluğun binası atəşə tutulub. Onlar səs boğucu tapançadan 6 dəfə atəş açıblar. Güllələrdən 3-ü giriş qapısına, 3-ü isə pəncərəyə dəyib.

3