Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində həlak olan dinc sakinlərin sayı 98 nəfərə çatıb.
Bu barədə HİT.Az-aBaş Prokurorluqdan məlumat verilib.
Məlumatda bildirilir ki, onlardan 93 nəfər ermənilərin atdığı raket nəticəsində, 5 nəfər isə mina partlayışından dünyasını dəyişib.
Ermənistan hərbi birləşmələrinin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 410, mina partlayışı nəticəsində isə 4 nəfər xəsarət alıb.