Şəhidimizin ifası ilə yenidən sevilən mahnının bəstəkarından REAKSİYA

ÖLKƏ
16:25 / 04.12.2020
3290

"Dinləmişəm həmin mahnını. Çox gözəl ifa edib. Ruhu şad olsun".

Bunu HİT.Az-a açıqlamasında "Vətən yaxşıdır" mahnısının müəllifi, xalq artisti Əlibaba Məmmədov torpaqlarımızın düşməndən azad edilməsi uğrunda qəhəmancasına şəhid olan hərbçimiz Xudayar Yusifzadə haqqında danışarkən deyib. 

Səhhətində yaranan nasazlıq səbəbindən uzun danışa bilmədiyini deyən xanəndə bütün şəhidlərə Allahdan rəhmət diləyib.

Qeyd edək ki, Xudayar Müslüm oğlu Yusifzadə İkinci Qarabağ müharibəsi zamanı Zəngilanın Ağbənd qəsəbəsi uğrunda döyüşlərdə şəhid olub.

1