Android smartfonlarında ən qısa proqram dəstəyini verən 4 marka

TEXNO
17:17 / 13.08.2026
55

Smartfon alarkən yalnız prosessor, kamera və batareyanın göstəricilərinə deyil, istehsalçının neçə il ərzində proqram təminatı yeniləmələri təqdim etdiyinə də diqqət yetirmək tövsiyə olunur.

Bəzi Android istehsalçıları yeni modellərinə uzunmüddətli dəstək versə də, bəzi markalarda istifadəçilər cəmi bir-iki böyük Android yeniləməsi ilə kifayətlənməli olurlar. 

HİT.az xə.bər verir ki, BGR ekspertlərinin təhlilinə görə, aşağıdakı dörd marka bu baxımdan rəqiblərindən geri qalır.

Motorola

Motorola smartfonlarının əsas çatışmazlıqlarından biri məhdud proqram dəstəyidir. Hətta flaqman modelləri adətən iki il Android yeniləməsi və üç il təhlükəsizlik yeniləməsi alır.

Orta seqmentdə vəziyyət daha zəifdir. Bir çox model yalnız bir böyük Android yeniləməsi və iki il təhlükəsizlik dəstəyi ilə kifayətlənir. Üstəlik, yeniləmələr bəzi hallarda gecikə bilər.

Bununla belə, Motorola münasib qiymətləri ilə diqqət çəkir. Xüsusilə Moto G seriyasında 200 dollardan aşağı qiymətə uzunmüddətli batareya və yaxşı kamera təklif edən modellər var.

Xiaomi

Xiaomi-də vəziyyət bir qədər fərqlidir. Şirkət 2026-cı ildə bəzi modellər üçün proqram dəstəyini artırıb. Məsələn, Xiaomi 14 və Xiaomi 15 üçün beş ilə qədər, Poco F6 üçün isə dörd il dəstək nəzərdə tutulur.

Lakin büdcə modellərində ənənəvi olaraq iki-üç illik dəstək tətbiq edilir və bu müddət bütün modellər üçün eyni deyil.

Bunun qarşılığında Xiaomi istifadəçilərə nisbətən aşağı qiymətə AMOLED ekran, 67 Vt-dan güclü sürətli enerji yığma və yaxşı kamera kimi xüsusiyyətlər təqdim edir.

TCL

TCL əsasən orta qiymət seqmentində fəaliyyət göstərir və smartfonlarının proqram təminatına dəstəyi adətən iki ildən çox olmur. Bəzi modellərin növbəti Android versiyasını ümumiyyətlə almadığı hallar da olub.

Şirkətin əsas üstünlüklərindən biri isə "Nxtpaper" ekran texnologiyasıdır. Bu ekran uzun müddət mətn oxuyan istifadəçilər üçün daha rahat görüntü təqdim edir.

Məsələn, TCL 60 XE Nxtpaper 8 GB RAM, 120 Hz ekran və 256 GB yaddaşla təchiz olunub. Buna görə də uzunmüddətli proqram dəstəyi əsas prioritet olmayan istifadəçilər üçün maraqlı seçim ola bilər.

RedMagic

Oyun smartfonları ilə tanınan RedMagic yeniləmə siyasətini müəyyən qədər yaxşılaşdırsa da, hələ də rəqiblərindən geri qalır.

RedMagic 11 Pro-dan başlayaraq şirkət iki böyük Android yeniləməsi və üç il təhlükəsizlik yeniləməsi təklif edir. Lakin flaqman səviyyəli texniki göstəricilərə malik cihaz üçün bu müddət qısa hesab olunur.

Məsələn, Android 15 ilə satışa çıxan telefon yalnız Android 17-yə qədər yenilənə bilər. Halbuki onun prosessoru və digər texniki imkanları daha uzun müddət aktual qala bilər.

RedMagic 11 Pro isə təxminən 699 dollar qiymətə Snapdragon 8 Elite Gen 5 prosessoru, 24 GB RAM, 144 Hz AMOLED ekran və 7500 mAh batareya kimi yüksək səviyyəli xüsusiyyətlər təqdim edir.

Samir
 

0