Polşa yaxın günlərdə Ukraynaya "Patriot" raketləri verə bilər

DÜNYA
16:16 / 13.08.2026
40

Polşa hakimiyyəti yaxın günlərdə Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlərdən ibarət partiyanın verilməsi barədə qərar qəbul etməlidir.

HİT.az xəbər verir ki, Varşava bu məsələdə ölkənin öz təhlükəsizlik ehtiyaclarını nəzərə alacaq. Bunu Polşanın müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çarnetskaya "RMF FM" radiosunun efirində bildirib.

Onun sözlərinə görə, yekun qərar ən yüksək səviyyədə qəbul ediləcək. Eyni zamanda Polşa hakimiyyəti Rusiyanın artan raket təhlükəsi fonunda Ukraynaya yardımın artırılması imkanını artıq müzakirə edir.

"Bu qərar həmişə polyakların təhlükəsizliyi kontekstində qəbul edilməlidir və bütün arqumentlər diqqətlə ölçülüb-biçilməlidir", – o bildirib.

Varşavanın mövqeyinə, xüsusilə, Rusiyanın raketinin yaxınlarda Polşanın hava məkanını pozması hadisəsi təsir edib.

"Sədr müavini Kosinyak-Kamış açıq şəkildə bildirib: raketlərin verilməsinin düzgün olub-olmaması ilə bağlı bütün siyasi mübahisələrə baxmayaraq, o, bu gün daha çox raket verməyə hazırdır, çünki belə bir raketin Ukrayna ərazisi üzərində vurulmasına üstünlük verir", deyə Sobkovyak-Çarnetskaya qeyd edib.

Samir

0