Ərdoğan meşə yanğınlarında terror izinin olmasından danışdı

DÜNYA
23:28 / 11.08.2021
1428

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarda terror izinin olma ehtimalını dəyərləndirib. 

Hit.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, dövlət başçısı meşə yanğınlarının başvermə səbəbi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığını bildirib:

"Meşə yanğınlarının başvermə səbəbi kimi bütün ehtimallara diqqət yetirdik. Bütün qurumlar yanğınların baş verdiyi yerlərdə araşdırmalar aparıblar. Saxlanılanlar da var, həbs edilənlər də. Kəşfiyyat məlumatlarımız var. Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və təhlükəsizlik kəşfiyyatı tərəfindən verilən məlumatlar var. Onların arasında ailələri terror təşkilatına bağlı olan insanlar da var”.

0