Ukrayna Vışqorodun azad olunduğunu elan etdi

DÜNYA
22:54 / 31.03.2022
861

“Kiyev vilayətinin Vışqorod qəsəbəsi artıq Ukrayna hərbçilərinin nəzarətindədir, hazırda Ukrayna Silahlı Qüvvələri bir çox sahələrdə mühüm uğurlar əldə edib və hücum əməliyyatlarını davam etdirir”.

Bunu brifinqdə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının Baş Qərargah rəisinin müavini Aleksandr Qruzeviç deyib.

“Yaxın gələcəkdə, dediyim kimi, çox yaxşı xəbərlərimiz olacaq. Düşünürəm ki, bir-iki günə biz əla mənzərəni görəcəyik və uğurlarımızı inkişaf etdirməyə davam edəcəyik”, - Qruzeviç vurğulayıb.

 

0
Qafqazinfo