Rusiyalı pilotlardan ağlasığmaz hərəkət - Əmrlərə tabe olmamaq üçün bunları edirlər

DÜNYA
12:07 / 10.05.2022
1339

"Ukraynadakı vəziyyəti anlayan bəzi rusiyalı hərbçilər cinayətkar sifarişləri yerinə yetirmək istəmirlər".

HİT.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın Nikolayev vilayətinin hərbi administrasiyasının sədri Vitali Kim deyib.

"Bizim əldə etdiyimiz məlumatlara görə, bəzi düşüncəli rusiyalılar, ayrı-ayrı pilotlar, cinayətkar əmrlərə tabe olmamaq üçün boş sahələrdə öz sursatlarını tükədir. Bunun üçün sizə təşəkkür edirik. Belə davam edin, heç kimə qulaq asmayın", - deyə Vitali Kim rusiyalı hərbçilərə müraciət edib.

0