Elçin Əlizadə direktor təyin edildi

17:14 / 28.10.2022
1462

Azərbaycan Mərkəzi Bankında (AMB) kadr dəyişikliyi olub.

HİT.az AMB-yə istinadən xəbər verir ki, Mərkəzi Bankın daxili audit departamentinin yeni direktoru Elçin Əlizadə təyin edilib.

O, bu vəzifədə Şakir Heydərovu əvəzləyib. Bundan əlavə, Elnur Məmmədov əməliyyat riskləri şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Elçin Əlizadə bundan əvvəl "PAŞA Bank"ın Maliyyə İdarəedilməsi departamentinin direktoru olub.

0