Xalq artistinin vəziyyəti ağırdır: \"Reanimasiyadadır, ağciyərləri və ürəyi...\"

10:50 / 14.04.2023
1672

Xalq artisti Aftandil İsrafilovun vəziyyəti ağır olaraq qalır.

Bu barədə APA-ya sənətçinin qızı Həcər İsrafilova məlumat verib.

Onun sözlərinə görə, qarmon ustasının səhhətində irəliləyiş yoxdur.

"Həm ürəyində, həm ağciyərlərində problem var. Reanimasiyadadır. Vəziyyəti ağırdır", - sənətçinin qızı əlavə edib.

0