"Rimac Nevera" "Tesla"nın rekordunu YENİLƏDİ

AVTO
16:13 / 23.08.2023
1260

2021-ci ildə istehsalına başlanılan super elektromobil "Rimac Nevera" növbəti dəfə göstəriciləri ilə gündəm olub.

HİT.az xəbər verir ki, o, yenidən rekord qırıb.

Belə ki, "Rimac Nevera" "Tesla"nın "Model S Plaid" elektromobilinin sahib olduğu "Nürburgring Nordschleife" dövrə rekordunu qırıb.

Sıfırdan saatda 321 kilometrə cəmi 10,86 saniyəyə sürətlənən "Nevera Time Attack" model tur paketi ilə təchiz olunmuş "Model S Plaid"dən 20 saniyə daha yaxşı nəticə əldə edib. Belə ki, "Tesla"nın 07:25,231 rekordu 07:05,298 saniyəyə düşüb.

Bildirilib ki, sadəcə 12 ədəd istehsal olunacaq "Nevera Time Attack" modellərinin hamısı satılıb.

Qeyd edək ki, bu avtomobil 0-dan 100 kilometr sürətə 1,85 saniyəyə, 0-300 km/saata isə cəmi 9,3 saniyəyə çatır. Modelin maksimal sürətinin isə 412 km/saat olduğu açıqlanıb. Üstəlik, onun 550 kilometrə yaxın məsafə qət etməyi vəd etdiyi də diqqətə çatdırılıb.

Onu da xatırladaq ki, "Rimac Nevera" modeli daha öncə 24 saatda 23 rekord qıraraq da tarixə keçmişdi.

Pərviz

0