"Volkswagen"in yeni modelinin qiyməti BƏLLİ OLDU

AVTO
10:08 / 28.08.2023
1391

Almaniyanın nəhəng avtomobil şirkəti "Volkswagen" aprel ayında təqdim etdiyi 100% elektrikli sedan modeli "ID.7"nin istehsalına başladığını açıqlayıb.

HİT.az xəbər verir ki, sözügedən modelin ilk olaraq "Pro" versiyası satışa çıxacaq.

Hansı ki, bu versiya 82 kVt/saat tutumlu akkumulyatorla 615 km-ə qədər sürmə məsafəsi təklif edəcək. Ardınca satışa çıxarılacaq "Pro S" versiyası isə 91 kVt/saat batareya ilə 700 km-ə qədər məsafə qət edə biləcək.

Bildirilib ki, "ID.7" Avropa, Çin və Şimali Amerika bazarlarında satışa çıxarılacaq. "Volkswagen ID.7"nin Avropadakı satış qiymətinin isə 57 min avrodan başlanacağı açıqlanıb.

Pərviz

0