Dövlət Statistika Komitəsinin son məlumatına görə, bu ilin yanvar-iyulunda 29 191 nikah və 12 610 boşanma halları qeydə alınıb. Bu isə günə 60 boşanma faktı deməkdir.
Hər il boşanma sayı artmasının, nikahların isə azalması müşahidə olunur.
Bəs illərə görə bu necə dəyişib?
Hit.az bu barədə araşdırmasını təqdim edir:
Rəsmi rəqəmlərə görə, 1992-ci ildə 68 740 nikah qeydə alınmışdısa, 2002-ci ildə 41 661, 2012-ci ildə 79 065, 2022-ci ⁷⁶ də 61 939 nikah qeydə alınıb.
1992-ci ildə 9 465 boşanma halı qeydə alınıbsa, 2012-ci ildə 11 087, 2022-ci ildə isə 15 983 boşanma halı yaşanıb. Bu isə o deməkdir ki, son 30 ildə boşanmaların sayı hər 10 ildə azalmağa doğru gedib. Belə ki, hər il 10 ildə 3000-dən çox artıb.
Bundan əlavə, 1992-ci ildə boşananların sayı nikahların sayından 7,3 dəfə az olub. Bu ilin ilk 5 ayına nəzər saldıqda isı boşananların sayının nikahların sayından 2,1 dəfə az olduğunu görə bilərik.
Aynur Əli