Polis üç yaşlı uşağın bel çantasından 2 kiloqram kokain tapdı

DÜNYA
21:55 / 03.04.2024
188

ABŞ-da polis üç yaşlı uşağın bel çantasında iki kiloqram kokain tapıb.

HİT.az xəbər verir ki, bu barədə "Inside Edition" yazıb.

KİV-in məlumatına görə, Alabama polisi Tyerra Hill adlı qadının evində narkotik olması barədə məlumat alıb. Hadisə yerinə gələn polis əməkdaşları binada nəzarətsiz qalan 4 azyaşlı uşaq tapdıqlarını bildiriblər.

Evdə axtarış aparan hüquq-mühafizə orqanlarının əməkdaşları üç yaşlı uşağın portfelindən iki kiloqram kokain, əlavə olaraq uşaqların sərəncamında iki tapança da aşkar ediblər.

"Bu vəziyyətin nə qədər ehtiyatsız olması absurddur. Qanuna və uşaqların rifahına tam etinasızlıqdır", deyə şerif Pol Birç bildirib.

Hill daha sonra kokain alveri, nəzarətsiz maddə saxlamaq və fiziki sübutları pozmaqda ittiham olunub. Qadın hazırda həbsdədir.

Samir

0