Conson Ukraynaya görə Baydenin komandası ilə gizli əməkdaşlığa başlayıb

DÜNYA
16:14 / 04.04.2024
147

ABŞ prezidenti Co Baydenin köməkçiləri Nümayəndələr Palatasının spikeri Mayk Consonla gizli şəkildə Ukraynaya 60 milyard dollar ayrılması ilə bağlı qanun layihəsi üzərində əməkdaşlıq ediblər. 

HİT.az xəbər verir ki, bbarədə “Politico” Bayden administrasiyasının nümayəndələrinə istinadən yazıb.

Mətnə görə, Baydenin nümayəndələri spikerin siyasi mövqelərini qoruyaraq Ukrayna qanun layihəsinin səsverməyə çıxarılmasını təmin etmək üçün Consonla özəl və pərdə arxasında danışıqlar aparıblar.

"İki administrasiya rəsmisinin sözlərinə görə, Ağ Ev Konqresin iki həftəlik tətilboyu Consonun ofisi ilə Ukraynaya yardımla bağlı əlaqə saxlayıb", deyə "Politco" qeyd edib.

Materialda həmçinin qeyd olunur ki, Bayden Nümayəndələr Palatasında Kiyevə dəstək əleyhinə çıxan respublikaçıları açıq şəkildə tənqid edib, lakin Mayk Consonu tənqid etməkdən yayınıb.

Bundan əvvəl ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson Ukraynaya yardımın ayrılması ilə bağlı qanun layihəsinə aprelin 9-da başa çatan Pasxa bayramlarından sonra baxılacağını bildirərək, vacib yenilikləri elan edib.

Söhbət, digər məsələlərlə yanaşı, Kiyevə kreditin verilməsindən, eləcə də Moskvaya qarşı istifadə üçün ABŞ-da yerləşən dondurulmuş Rusiyanın suveren aktivlərinin müsadirəsindən gedir. Conson xatırladıb ki, hətta Tramp kredit konsepsiyasından danışıb və Vaşinqton sadəcə yardım göstərmir, Ukraynanın onu qaytarmalı olacağı bir münasibət qurur.

Samir

 

0