Macarıstan Ukraynaya silah tədarükünü maliyyələşdirməkdən imtina etdi

DÜNYA
18:08 / 04.04.2024
143

Budapeşt Ukraynaya ayrılan 100 milyard avroluq hərbi yardım fonduna töhfə verməyə hazır deyil.

HİT.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto NATO ölkələrindən olan həmkarları ilə görüşündən sonra bildirib.

"NATO 5 il müddətinə 100 milyard avroluq paketi təsdiq edərsə, bu, Macarıstan büdcəsi üçün 10 milyard avro məbləğində əlavə xərclərlə nəticələnəcək", deyə departament rəhbəri bildirib.

O qeyd edib ki, macar vergi ödəyicilərinin pulları "müharibə təhlükəsi" olan qərarı həyata keçirmək üçün uyğun deyil.

Siyarto vurğulayıb ki, görüşdə Ukraynaya hərbi yardım fondunun yaradılmasına qarşı çıxan yeganə şəxs o deyil. O, digər ölkələrin də bu fikri tənqid etdiyini bildirib.

Samir

0