Daha bir ölkə Mark Ruttenin NATO-nun baş katibi postuna namizədliyini dəstəklədi

DÜNYA
19:00 / 04.04.2024
162

İsveç Niderlandın baş naziri Mark Ruttenin NATO-nun baş katibi vəzifəsinə namizədliyini dəstəkləyir. 

HİT.az "Reuters"ə istinadən xəbər verir ki, bunu İsveç hökumətinin başçısı Ulf Kristersson deyib.

"Mark Rutte böyük təcrübəyə malik müdrik liderdir", deyə baş nazir bildirib.

Aprelin 3-də Niderland Yayım Korporasiyası (NOS) mənbələrə istinadən xəbər verib ki, baş nazir Mark Ruttenin NATO-nun baş katibi vəzifəsinə namizədliyi Alyansa üzv olan 32 ölkədən 28-i tərəfindən dəstəklənib. Bəzi NATO rəsmilərinin fikrincə, Rumıniya prezidenti Klaus İohannis Şərqi Avropa ölkələrindən yeganə namizəd olduğu üçün namizədliyini geri götürsə, Macarıstan və Slovakiyanın Rutteni dəstəkləməsi daha asan olacaq.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi postuna namizəd olan Niderlandın baş naziri Mark Rutteyə Ankaradan bir sıra şərtlər irəli sürüb.

Samir

 

0