Yalan işə yaramadı: Paşinyan Moskvaya gedir 

19:26 / 09.06.2020
1205

Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 24-də Moskvadakı Qələbə Paradında iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

Əlavə edək ki, bundan əvvəl Ermənistan mediasında koronavirus infeksiyasına yoluxan baş nazirin Moskvaya getməyəcəyi barədə iddia yayılmışdı.

“Erməni Qartalları - Birləşmiş Ermənistan” partiyasının sədri Xaçik Asryan isə Nikol Paşinyanın koronavirusa yoluxduğuna şübhə etdiyini demişdi.

Partiya rəhbəri baş naziri saxtakarlıq və yalan danışmaqda ittiham edib:

“Nikol Paşinyan, doğrudan da koronavirusa yoluxmusunuz və ya bir daha erməni xalqını aldadırsınız ki, xəstələnmək iddiası ilə amerikalı şeflərin əmri ilə iyunun 24-də Moskvada keçiriləcək Böyük Vətən Müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş rəsmi tədbirdə və paradda iştirak etməyəsiniz?”

0