Qarabağ separatçısı koronavirusdan öldü

DÜNYA
19:04 / 25.06.2020
1022

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki separatçıların əsas fəallarında sayılan Hamlet Gevorkyan koronavirusdan ölüb.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

O, tarix sahəsi üzrə professor olub.

Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsində 110 erməni vətəndaşı koronavirusa yoluxub. 68 pasiyentin özünütəcriddə olduğu bildirilib.

Xatırladaq ki, Ermənistanın işğal altında saxladığı bu bölgədə yoluxma faktlarını gizlətdiyinə dair məlumatlar yayılır.

0