Türkiyə yeni raketini sınaqdan keçirdi - VİDEO

19:46 / 01.07.2020
1395

Türkiyə təhlükəsizlik qüvvələri döyüş imkanlarını artırmaq üçün növbəti silahını ərsəyə gətirib.

Bunu Türkiyə Administrasiyasının Müdafiə sənayesi şöbəsinin rəhbəri İsmayıl Dəmir Tvitter hesabında yazıb.

“Havadan müdafiə sistemlərimizə daha biri əlavə edildi. “Roketsan” tərəfindən hazırlanan “Sunqur”un sınaqları uğurlu keçdi. Artıq ordunun inventarına daxil edilməyə hazırdır”, - İ.Dəmir bildirib.

0
Axar.az