Ermənistan rəsmən etiraf etdi : ölü və yaralıları çoxdur

22:26 / 14.07.2020
1667

“Ermənistan Müdafiə Nazirliyi ölən hərbçilərin ailələrinə, yaxınlarına və həmkarlarına başsağlığı verib”.

Bu sözlər Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyanın feysbuk hesabındakı açıqlamasında yer alıb.

Açıqlamada sadəcə Azərbaycan ordusu tərəfindən məhv edilən mayor və kapitanın adları yer alıb. Lakin mətnin sonunda ölən və yaralı hərbçilərin kütləviliyinin vurğulanması Ermənistan ordusunun itkisinin çox olduğunu ortaya qoyur.

0
Publika.az