Məşhur azərbaycanlı müğənni: “Vətənimlə fəxr edirəm”

DÜNYA
00:31 / 17.07.2020
1497

Rusiyada yaşayan azərbaycanlı müğənni, Jony kimi tanınan Cahid Hüseynli son günlər Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətində təxribat cəhdinin qarşısını alarkən şəhid olmuz hərbçilərimizlə bağlı paylaşım edib.

O, “Instagram” hesabında şəhidlərimizin fotolarını paylaşaraq, bu fikirləri yazıb:

“Vətənində belə şeylər olanda susmaq mümkün deyil...

Siyasətin yaradıcılıqla heç bir əlaqəsi yoxdur.

Mən yaralı qəlblərin müalicəsi üçün mahnılar yaradıram və bunlar hansı dildə oxuduğumu başa düşməyənlərə belə təsir edə bilər.

Ancaq mən azərbaycanlıyam.

Bu mənim Vətənimdir.

Mən onunla fəxr edirəm.

Və Vətənim uğrunda yerlilərimin, qardaşlarımın həlak olmasına baxmaq mənim üçün ağrılıdır.

Mən bütün şəhidlərimizin və qəhrəmanlarımızın ailələrinə başsağlığı verirəm! Allah rəhmət eləsin...”

0
Oxu.Az