Ermənistanın konsulu Moskvada qovuldu - VİDEO

09:15 / 18.07.2020
1191

"Food City" bazarının rəhbərliyi tərəfindən erməni mallarının bazara girişi qadağan edilib.

Sfera.az xəbər verir ki, bu məsələnin müzakirəsi üçün bazara gəlmiş Ermənistanın Moskvadakı konsulu və erməni diaspora rəhbərləri bazarın iclas otağında gözləyərkən ora daxil olan mühafizəçilər onlara bazarı tərk etmələrini söyləyib.

Bazarı tərk etmək istəməyən erməni rəsmi şəxsləri bazardan qovulub.

"Food City" Rusiyanın ən böyük topdan satış bazarıdır. Bazarın rəhbərinin azərbaycanlı olduğu deyilir.

0