Bizi korona deyil, immun sistemimiz öldürür - Professor

09:17 / 20.07.2020
1249

Virusun əsl məqsədi bizi öldürmək deyil, çünki biz ölsək, daşıdığımız virus da öləcək.

Bu sözləri türkiyəli professor Tevfik Özlü deyib.

"Virus yaşamaq, çoxalmaq üçün yeni hüceyrə axtarır. O, buna məhkumdur. Virus getdikcə daha çox hüceyrəni işğal edərkən immunitetimiz ona qarşı mübarizə aparır. Daha sonra virusun işğal etdiyi hüceyrələrimizə hücum edərək, onun qarşısını almağa çalışır. İmmun sistemimizin bu cəhdi bir müddətdən sonra bizə zərər verməyə başlayır. Beləcə, ölüm baş verir. Yəni virus bizi öldürmək istəmir, amma immun sistemimiz bunu edir", - T.Özlü bildirrib.

0
Axar.az