Saçları ən qısa zamanda necə uzatmaq olar?

SAĞLAMLIQ
22:31 / 22.04.2024
3130

Saçların xanım və kişilər üçün çox önəmli olduğunu bilərək, bir çoxlarının vaxtında, digərlərinin isə müəyyən zamandan sonra onlara qulluq edəcəkləri gün nə zamansa gəlib, çatır.

Müasir zamanın tələbləri qeyri-normal qidalanma, ciddi iş qrafiki və digər məqamlara görə saçlarımız gündəlik olaraq mənfi təsirə məruz qalır. Solğun rəngli, parıltısız, kövrək və uzun zaman uzanmayan saçlar çoxları üçün problemə çevrilir. 

Hit.az saçların tez uzadılması üçün nələr etmək lazım olduğunu təqdim edir: 

- Zeytun və gənəgərçək yağı(kastorka) saç ların möhkəmlənməsi və onların uzadılması üçün xeyirli olan xüsusiyyətləri ilə hamiya tanışdır. Bu yağları saçların dibində uclarına qədər sürtmək, isti bir dəsmal ilə bağlamaq  və 30 dəqiqəə saxlamaq lazımdır. Bir ay ərzində saçlarınız hər yuduqda bu maskanı istifadə etsəniz, nəticəni görəcəksiniz.

- Mütləq olaraq, şampun, balzam, maska və saç qulluğu üçün istifadə olunan vasitələri baş dərinizin tipinə uyğun seçin. Əks halda olmayan yerdə yeni bir problem yaratmış olarsınız.

- Saçları yuduqda, baş dərisini  bir neçə dəqiqə masaj etmək məsləhət  görülür. Bu, saç folikullarını oksigenlə təmin edir. Saçların fensiz quruması daha yaxşı olar. Bunu heç deyilsə yay aylarında etmək lazımdır.

- Yumurta maskası da saç üçün önəmli vasitələrdən biridir. 1 və ya 2 yumurtanı 1 xörək qaşığı balla qarışdırın. Qarışığı saça sürtüb, 15-20 dəqiqə saxlayın. Sonra yuyun.

- Alma sirkəsi ilə də saçı tez uzatmaq mümkündür. Bir az suya 2-3 qaşıq sirkə tökün. Əgər qoxusu pisdirsə, içinə lavanda yağı damcıladın. Saçı yuduqdan sonra bu su ilə durulayın.

Sevinc

0