Kimlərə isti havalarda çölə çıxmaq olmaz?

19:00 / 15.07.2024
369

Son günlərdə havanın temperaturu olduqca yüksəkdir.

Hit.az bildirir ki, hətta ölkənin bəzi ərazilərdə havanın temperaturu 40 dərəcəni belə keçir. Lakin yayın belə qızmar keçməsi bəzi insanların səhhətində problemlərə səbəb ola bilir. 

Xüsusilə, kənd təsərrüfatı və tikinti işləri kimi açıq havada çalışan insanlar uzun müddət yüksək temperatura məruz qaldıqda sağlamlıq problemləri ilə üzləşirlər. Üstəlik, belə havalarda gündüz çölə çıxmaq və ya idman etmək bu riski daha da artırır.

Bəs kimlərə belə isti havalarda gündüzlər çölə çıxmaq tövsiyə olunmur?

1. Yaşlılar:
Çünki onların bədənləri temperaturu tənzimləməkdə çətinlik çəkə bilər. Bu isə günvurma riskini artırır.

2. Xroniki xəstəlikləri olanlar:
Xüsusilə ürək, ağciyər və böyrək xəstəlikləri kimi xroniki xəstəlikləri olanlar havanın həddindən artıq isti olmasına qarşı daha həssas olurlar. 

3. Uşaqlar:
Uşaqların bədəni istiliyi böyüklər kimi effektiv şəkildə tənzimləyə bilmir. Bu səbəbdən də havanın temperaturu yüksək olanda çölə çıxmamaları tövsiyə olunur. 

4. Hamilə qadınlar:
Nəzərə almaq lazımdır ki, hamilə qadınlar yüksək temperaturda daha çox stress keçirə bilərlər. Üstəlik, onların günvurma riski də arta bilər. 

Pərviz

0