Yay fəslində uşaqlara necə baxılmalıdır?

SAĞLAMLIQ
21:16 / 22.07.2024
302

Yay fəsli uşaq orqanizmi üçün olduqca təhlükəlidir. Bu fəslin uşaqları isti və günvurma halları, qida toksiki infeksiyaları və qida zəhərlənmələri riskləri var.

Pediatr Mətanət Əliyeva Hit.az-a deyib ki, uşaqları icazə verilməyən çimərliklərə aparmaq olmaz. 

"Heç kəs şərait olan halda qadağa qoymaz. Qadağa qoyulmasına səbəb həmin bölgədəki suda bakteriyanın yüksək olmasıdır. Bəzən valideynlər heç nəyə məhəl qoymadan uşağı həmin yerlərə aparır. Uşaqları açıq günəş altında saxlamaq olmaz. Saat 11 və ya 12-nin yarısından 16:00-ya kimi uşaqları dəniz sahilinə aparmaq, günəş altında tutmaq qəti qadağandır. Bu, uşaqlarda isti və günvurmasına gətirib çıxarır. Kölgəlikdən istifadə etmək lazımdır, uşaqların çətirli papaqları olmalıdır. Həmçinin, 1-5 yaşadək olan uşaqlara dalbadal dondurma verirlərsə, onda qısa müddətdə irin, angena inkişaf edir. Yay mövsümü başlayandan bizə əsasən angena, dondurma ilə əlaqədar müraciətlər edilir. Klinikamızda isti və ya günvurma ilə bağlı hospitalizasiya olunan qeydə alınmayıb”.

Sevinc

0