"Qidaları yoxlanış aparatına qoymaq zəhərlənmə nəticəsidir" - Ehtiyyatlı olun!

SAĞLAMLIQ
17:48 / 26.11.2024
241

Son dövrlər ictimai nəqliyyatda, xüsusən də, metroların girişində yoxlanış aparatlarından istifadəyə xüsusi nəzarət artırılıb.

Hətta insanlardan qidalarını belə həmin aparata qoyulması tələb edilir. 

Bəs, yoxlanış aparatına qida qoyulması ziyandır? 

Bu barədə Hit.az-a açıqlama verən qida üzrə mütəxəssis Sevgi Cəfərzadə deyib ki, yoxlanış aparatına qida qoyulması ümumiyyətlə məsləhət görülmür və bu, bir neçə səbəbdən ziyanlıdır:

“Öncə gigiyena məsələləridir. Yoxlanış aparatları əsasən təhlükəsizlik məqsədi ilə istifadə olunur, məsələn, metalları və digər maddələri aşkar etmək üçün. Bu aparatlarda toz, kir və digər bakteriyaların yığılması mümkündür, bu da qidanın kontaminasiyasına səbəb ola bilər. 

Bundan başqa, qida zəhərlənməsi riskidir. Yoxlanış aparatlarında yerinə yetirilən testlər müxtəlif kimyəvi və fiziki təsirlər yarada bilər. Bu, qida maddələrinin zəifləməsinə və ya sağlamlıq üçün təhlükəli hala gəlməsinə səbəb olur”.

Murad

0