Alimlər: Tənhalıq qaraciyər problemlərinin riskini artırır

SAĞLAMLIQ
19:59 / 13.02.2025
54

Çinin Mərkəzi Cənub Universiteti və Hərbi Tibb Universitetindən olan alimlər tənhalıq və sosial təcridin qeyri-alkoqollu yağlı qaraciyər xəstəliyinin (NAJBP) inkişaf riskini əhəmiyyətli dərəcədə artırdığını müəyyən ediblər. 

HİT.az xəbər verir ki, tədqiqatın nəticələri "Health Data Science" (HDS) jurnalında dərc olunub.

Tədqiqatçılar Böyük Britaniyanın Biobankı tərəfindən təqdim olunan 400 könüllünün məlumatlarını təhlil ediblər. Biobank insan bioloji nümunələrinin böyük bir deposudur. Alimlər iştirakçıların həyat tərzi və fiziki sağlamlığı haqqında məlumatları öyrəniblər. Həmçinin iştirakçıların sosial əlaqələri və emosional vəziyyətləri də qiymətləndirilib.

Nəticələr göstərib ki, tənhalıq NAJBP-in inkişaf riskini 22%, sosial təcrid isə 13% artırır. Bu risk artımı piylənmə, diabet və zərərli vərdişlər kimi ənənəvi risk amillərindən asılı olmayaraq müşahidə olunub. Bundan əlavə, bu əlaqə bütün iştirakçılarda cins və yaşdan asılı olmayaraq qorunub saxlanılıb.

NAJBP zamanı qaraciyər hüceyrələri (hepatositlər) yağ (lipidlər) ilə dolur, funksional olaraq fəaliyyətsiz hala gəlir və ölçüsünə görə böyüyür. Xəstəlik tədricən inkişaf edir - qaraciyər toxumasında sadə yağ damcılarının toplanmasından (steatoz) tutmuş aşkar iltihabın (qeyri-alkoqollu steatohepatit) yaranmasına qədər.

Alimlər fərziyyə irəli sürüblər ki, sağlam olmayan həyat tərzi, depressiya və iltihabi reaksiyalar NAJBP ilə tənhalıq arasındakı əlaqənin əsasında ola bilər. Xüsusilə, piylənmə, siqaret çəkmə və nizamsız fiziki fəaliyyət (sosial təcrid olunmuş insanlarda tez-tez inkişaf edən vərdişlər) tənhalıqla əlaqəli müşahidə olunan riskin 30%-ni, depressiya isə əlavə 33%-ni təşkil edə bilər.

Samir

0