Yuxuda gəzən insanlar təhlükəlidir?

SAĞLAMLIQ
23:14 / 28.02.2025
49

Bəzi insanlar yuxudaykən yataqdan qalxır, yeriməyə başlayır, pilləkən varsa qalxır, yaxud enirlər. 

Belələri oyandıqdan sonra etdikləri heç bir şeyi xatırlamırlar. 

Bu insanlara lunatic deyilir. 

Həkim ekspert Adil Qeybulla Hit.az-a deyib ki,  yuxuda gəzmək sinir sistemi durumlarında, bəzi xəstəliklərin təsiri altındaykən baş verir:

 “Çox vaxt narkotik və alkaqol qəbul edən insanlarda yuxuda gəzmək xəstəliyi özünü büruzə verir. Şəxsin həyatında həddindən artıq stress faktoru varsa, ailə və ya iş mühitində ağır stresslər yaşayırsa, yorğunluq, depressiya, müəyyən təşvişlər müşahidə edilirsə, psixoloji aspektdən yuxuda gəzməyə səbəb ola bilər. Stress faktoru varsa, şəxs psixoloq, psixiatr, yaxud psixoterapevtə müraciət etməlidir. Yuxuda gəzən şəxsin ətrafındakı insanlar diqqətli olmalıdırlar. Qapı və pəncərələr bağlı saxlanılmalıdır. Həmçinin , kəsici və deşici alətlər əl altından götürülməlidir”.

Sevinc

0