SƏNƏT
20:38 / 18.09.2021
370

“Hər il Şuşada Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək” - Polad Bülbüloğlu

"Bu gün olduğu kimi, hər il Şuşada Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək".

Bunu Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu deyib.

Onun sözlərinə görə, hər il sənət adamları konsert çərçivəsində 18 sentyabrda Şuşaya səfər edəcək: "Mənim üçün bu gün Şuşada olmaq çox böyük qürur və fəxrdir. Mən əvvəl mədəniyyət naziri olanda biz hər il sentyabrın 18-ni "güllələnmiş heykəllər"in önünə gül qoyurduq. Xoşbəxtəm ki, indi Şuşada musiqi ənənəmizi davam etdiririk".

0
Report