Xalq artisti “Qurd qapısı” qəbiristanlığında dəfn olundu - YENİLƏNİB

MƏDƏNİYYƏT
15:25 / 09.10.2021
1553

Təzəpir məscidində Azərbaycanın teatr rejissoru, Xalq artisti Ağakişi Kazımovla vida mərasimi keçirilib.

Mərasimdə mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri iştirak ediblər.

Xalq artisti Ağakişi Kazımov “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

13.44

Ötən gün vəfat edən Azərbaycanın teatr rejissoru, Xalq artisti Ağakişi Kazımov "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Bu barədə "Report"a mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, dəfndən əvvəl Təzə Pir məscidində A.Kazımovla vida mərasimi keçiriləcək. Mərasimdən sonra Xalq artisti "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılacaq.

A.Kazımov mərhum Xalq artistləri Arif Quliyev, Rafiq Hüseynov (Rəmiş) və Yaqub Zurufçunun yanında torpağa tapşırılacaq

Qeyd edək ki, Xalq artisti A.Kazımov 1935-ci il noyabrın 28-də anadan olub. O, oktyabrın 8-də vəfat edib.

0