SƏNƏT
16:27 / 29.10.2021
1243

Dünyaca ünlü azərbaycanlı: Ağa Məhəmməd şah Qacarın törəməsi - Sara Şahi

Tək yaşadığı ölkədə deyil, dünyada məşhur olan azərbaycanlıların bir çoxunu tanımırıq. 
 
Müxtəlif sahədə məşhurluq qazanan azərbaycanlılar arasında bəzən çox tanınmış nəslin, tarixi sülalələrin nümayəndələri də olur. 
 
Qaynarinfo onlardan biri - Qacarlar sülaləsindən gələn, dünyaca məşhur model Sara Şahi haqqında məlumatları təqdim edir:
 
Sara Şahi 1980-ci ildə ABŞ-ın Texas ştatının Oles şəhərində iranlı Abbas Şahi və ispan qızı Maxmonirin ailəsində anadan olub. O, İranda və Azərbaycanda Qacarlar sülaləsinin ikinci şahı Fətəli Şahın nəbibəsidir. Qacarlar sülaləsinin əsasının qoyan Ağa Məhəmməd şah Qacarın xələfi olan Fətəli Şah 1797-ci ildən 1834-cü ilə qədər hakimiyyətdə olub.
 
 
Sara Şahinin həyatı 
 
Sara Şahinin əsl adı Aahoo, fars dilində tərcümədə "Ahu” deməkdir. Valideynləri boşananda onun 10 yaşı olub. Yuxarı siniflərdə Triniti məktəbində sonra isə Dallas Universitetində oxuyub. Şahi ingilis, fars və bir az da ispan dilində danışır. Valideynləri boşandıqdan sonra o anası ilə yaşayıb. Karate üzrə qəhvəyi kəmərə sahibdir. Gitara və pianinoda ifa edə bilir.
 
 
Model kimi fəaliyyəti 
 
Sara gözəllik kraliçası kimi karyerasına hələ yeniyetmə yaşlarında başlayıb. 1997-ci ildə Miss Fort-Uert müsabiqəsinin qalibi olub. 1999-cu ildə "Dallas Kovboyları” idman klubuna üzv yazılır, 2000-ci ildə isə onların təqviminin üz qabığında çimərlik geyimində rəsmi çıxır. Sara Şahi Stiv Houi ilə evlidir, onlar "Reba” serialının çəkiliş meydançasında tanış olublar. Bu evlilikdən üç uşağı olan cütlük 2020-ci ilin may ayından ayrılsa da, 2021-ci ilin yanvarında rəsmi olaraq boşanıb.
 
 
 
Film karyerası
 
"Doktor "T” və onun qadınları” filminin çəkilişlərində, ona Hollivuda köçməyi təklif edən rejissor Robert Oltmenlə tanış olur. Los-Ancelesdə məşhur seriallarda rol alır. Məsələn, "Casus" filmində Cenni, "Dosuonun Buxtası"nda isə Sed Şou roluna çəkilir. Şahi hətta CVV "Fövqəl”  paranormal dramında da rol alır. 
 
 
Tamaşaçıların yaddaşında o ən çox ikinci mövsümdən oynamağa başladığı Showtime "Yad şəhərdə seks” serialındakı oynadığı meksikan-amerikan mənşəli Dj qız Karmen de la Pika Morales rolu ilə yadda qalıb. Şahi serial ilə dördüncü mövsümə qədər müqaviləni uzatmayıb, bunun nəticəsi olaraq oynadığı personaj serialdan çıxarılıb. Amma son seriyada qonaq kimi tamaşaçıların qarşısına keçir.
 
"Düşməni tanı” serialının ikinci mövsümündə Farra rolunu oynayır. Şahi "Soprano Klanı” serialına çəkilir, sonra isə "Kennedi və Heydi”nin altıncı mövsümündə tələbə və striptiz rəqqasəsi, ailəsi öldükdən sonra Tonni ilə vaxt keçirən Sonya Araqonda rolunu oynayır.
 
 
 
2007-ci ilin sentyabr ayından 2009-cu ilin aprel ayına qədər NBC "Həyat hökmdür” serialında britaniyalı aktyor Demien Lyuislə bərabər çalışır. Şahi detektiv Deni Riz rolunu oynayırdı.
 
2011-ci ildə "Keytin vasitəçisi” serialının birinci mövsümündə çəkilir.
 
2012-ci ildə CBS telekanlının "Nəzər nöqtəsi” serialının ikinci mövsümündə bir neçə epizodik rol alır. Bir qədər sonra məlum olur ki, Şahi serialın üçüncü mövsümündə daimi rol alıb.
 
 
2009-cu ilin iyul ayının 8-də ilk övladı oğlu Uilyam Vulf Houini dünyaya gətirən Sara hamiləlik dövründə, "Həyat hökmdür” serialında gün ərzində bir neçə saat çəkilməyə davam edirdi. Onu yuxarı planda çəkirdilər ki, hamiləliyi gizlətsinlər. Serialda onun yerini 2009-cu ilin mövsümündə Qabriella Yunion aldı.
 
Maxim jurnalının "2005-ci ilin ən seksiləri” siyahısında 90-cı yeri tutub. 2006-cı ildə elə bu siyahıda 66-cı pilləyə qalxıb. 2007-ci ildə isə AfterEllen.com-da artıq 5-ci yeri tutub.
 
 
1