SƏNƏT
15:13 / 31.10.2021
836

EDHO final etmədən bitdi? - AÇIQLAMA/YENİLƏNİB

"Eşkiya Dünyaya Hükümdar Olmaz"ın rejissoru Onur Tan açıqlama verib.

HİT.az xəbər verir ki, serialın baş rol ifaçısı Oktay Kaynarcanın "Instagram" paylaşımını paylaşan rejissor bunları yazıb:

"Rəisin bu əli vida deyil, yeni bir salamdır... İzləmədə qalın..." 

Qeyd edək ki, Oktay Kaynarca bir neçə dəqiqə əvvəl "Instagram" səhifəsində serialla bağlı vida paylaşımı etmişdi.

14.13

"Eşkiya Dünyaya Hükümdar Olmaz" (EDHO) serialı final etmədən yayımdan qaldırılıb.

HİT.az xəbər verir ki, bu barədə ekran işinin baş rol aktyoru Oktay Kaynarca İnstaqram hesabında məlumat verib.

Qeyd edək ki, bir neçə gün əvvəl serialın "Atv" telekanalında 7-ci mövsüm tanıtımı yayımlanırdı. Oktybarın 26-na nümayişi planlaşdırılan ekran işinin anidən nümayişi dayandırılmışdı. "Eşkiya dünyaya hükümdar olmaz"ın başqa bir kanala transfer olacağı deyilirdi.

0